Reklam verin!
HostGator
ZülfüqarAvqust 27, 2008 19:53

                Diqqət!

  1. www.parlament.ucoz.com/forum 
  2. www.parlament.forumy.tv 

                


Salam əziz "Cihad"  sevərlər.Sizi yeni açilmiş forumlarimiza dəvət edirik.Yeni fəaliyyətə başlayan forumlarimizda bir çox məsəslələrin müzakirə olunmasi nəzərdə tutulub.Forumlarimiza daxil olun və qeydiyyatdan keçin.Sağ olun,diqqətinizə görə minnətdariq.

                                                                     Hörmətlə:"Cihad": virtual müəssisəsinin rəhbərliyi 

www.parlament.ucoz.com/forum                                www.parlament.forumy.tv

BölməsizŞərhlər(0)     Baxış sayı:6
ZülfüqarAvqust 27, 2008 19:38

                     Image by FlamingText.com 

Melum oldugu kimi NATO-nun Sulh namine terefdasliq proqrami cercivesinde teskil etdiyi uc ayliq dil kursunda Azerbaycanimizin qeyretli oglu, bas leytenant Ramil Seferov Gurgen Markaryan isimli ermeni zabitini yangin tehlukesizliyi sitinden goturduyu balta ile basini bedeninden ayiraraq qetle yetirdi. 18 avqust 1993 cu ilde Cebrayil rayonu, Sukurbeyli kendinden mecburi kockun dusmus Ramil Seferov mefnur qonsularimizin bize yasatdiqlari dehsetli gunlerin bilavasite istirakcisi olub.Iki mertebeli evlerini 3-4 yorgan ile terk eden Seferovlar ailesi hal-hazirda yasadiqlari universitet yataqxanasinda meskunlasdiqlari zaman Ramilin 12 yasi vardi. Ramil Seferovda kin ve intiqamciliq hisslerini oyadan yaxin qohumlarinin sehid olmalari ve butovlukde nesillerinin gozunu omurluk yolda qoyan xalasi oglu ve heyat yoldasinin itgin dusmesi olub. Kurs muddetinde ermeni zabitinin, yolunda canimizdan kecdiyimiz veten bayragina ayaqqabilarinini silmesi, muellimin tehditi ile bir partani paylasdigi Gurgenle daima siyasi movzularda sozlesmesi Ramilde hiddet oyatmaya bilmezdi. 14 yasinda iken C.Naxcivanski adina herbi litseye daxil olan Ramil tehsilde gosterdiyi muveffeqiyyete gore 1 il sonra Turkiyeye gonderilir. General olmagi hedefleyen Ramil ABS-da tehsilini davam etdirmeyi dusunurdu. Turkiyede Kara Harb Okulu nda tehsil alan kadr zabitimiz R.Seferov bu gun Azerbaycan ordusuna cox gerekli insanlardandir. Kara Harb Okulunda tehsil aldigi muddetde ona verilen ayliq 40 $(usd) teqaudu xerclemeden ailesine gonderirmis. Ramilin Turkiyedeki qrup yoldasi onun cox sebirli, sakit, derslerinde ve islerinde cox muvefeqiyyetli insan oldugunu deyir. Bioloji baximdan Ramil Seferovun beyin huceyrelerinde olan bu qeder gerginlik ermeni zabitinin onun eseblerinin son hedde catdigiini gosterir.

Hadise mehz Macaristanda bas verdiyi ucun beynelxalq huquq normalarina esasen R.Seferov Macaristan qanunvericiliyine esasen muhakime edilecek. Cox tessuf ki, Azerbaycan ve Macaristan arsinda huquqi yardim haqqinda muqavile olmadigi ucun R.Seferovun cinayet isinin Azerbaycan Respublikasi Prokrorluguna gonderilmesi mumkun deyil.

Lakin Azerbaycan Mehbuslarin Ekstradisiyasi haqqinda Beynelxalq Konvensiyaya qosuldugundan R.Seferovun cezasini Azerbaycanda cekmesi labud sayila biler.Hadiseye munasibetini bildiren sabiq XIN T.Zulfuqarovun sozlerine gore,bu ermeniler ucun bir siqnal olmalidir. Eger ermeniler oz isgalciliq siyasetinden el cekmeseler bele hadiseler tekrarlanacaq.

Bu gun Azerbaycani narahat eden mesele Macaristanda tarixi movcud olan anti-turk hissler ve orada guclu ermeni diasporasinin olmasidir. Onlar R.Seferovun cezasini Azerbaycanda cekeceyi teqdirde ona havadarliq edeceyimizi behane getirerek onun Azerbaycanda ceza cekmesine mane ola bilerler.Ramil Seferov bizim qan yaddasimizi tezeledi. Veten bayragina bukulub mezara qoyulan sehidlerimzin ruhunu uca tutdu. Sehidlerimizin qani bu gun bizi intiqama cagirir.

Yekdillikle deyirik: BU GUN BIZ RAMIL SEFEROVA SAHIB CIXMASAQ BIR GUN BU VETENI MUDAFIE EDECEK INSAN QALMAYACAQ!

 www.fotballer.azersayt.com saytina təşəkkürlər!


Ramil Səfərov Azərbaycanin Örnək oğlu!!!!

Azadliq!

               

 Ramil Səfərov azadliqa qovushmalidir!Azərbaycanin  qeyrətli və  fədakar oglu Ramil Səfərov zülm və işgəncələrdən azad olub tez bir zaman da ,oz vətəninə  ve ailəsinin yanina qayitmalidir. Bunu Azərbaycan Xalqi Və Dovləti Tələb edir!!!!!         

    

 

BölməsizŞərhlər(1)     Baxış sayı:195
Zülfüqarİyun 9, 2008 16:21
ÇAĞDAŞ ARAŞDIRMALAR KİTABXANASI
KİTABXANA

1  2  3  4  5  6  7  8  9  10

İkinci səhifə

 

Düşüncə məkanı

                                                                                                             
ÇAĞDAŞ ARAŞDIRMALAR KİTABXANASINA təşəkkürlər.



 

Düşüncə məkanı

Biz öyrəşmişik düşünüş fəallığını sınırları yaxınlıq ölçüsündə olan məkana yığmağa, onun strukturuna  "yazmağa". Beləcə, düşünüşü qafanın dar çevrəsi içində olan şey kimi anlayırıq və ya kitab, kompütir yaddaşı üçün mümkün sayırıq, hərçənd bu zaman onu da qoltuğumuzda saxlayırıq ki, məsələn, kitabda düşünüşü, fikirləşməyi biz metaforik olaraq belə adlandırırıq.

Teyyar de Şardenin, Vernandskinin noosfer anlayışı düşünüşü planet üçün qloballaşdırır. Ancaq burada da düşüncə aləminin planetüstü örtük olması daha çox metafora xarakteri daşıyır, Bu metafora ilə Vernandski, Teyyar de Şarden, sadəcə, XX yüzil düşünüşünün yaşam (həyat) amili kimi heç bir başqa çağlarda olmadığı qədər planet üçün sonuclu, qlobal nəticəli olduğunu anlatmaq istəyirlər.

Mənimsə sübut etmək istədiyim başqadır. Bunu anlatmaq üçün görkdən, obrazdan, istifadə edim. Adətən, toplumda düşünüş prosesi, yəni düşüncələrin oluşu, yəni yaradılması, ağıla gəlməsi necə təsəvvür olunur? Belə təsəvvür olunur ki, bütün bunlar ayrı-ayrı qafalarda baş verir. Gözünüzün qabağına gətirin iki nəfəri. Hərəsinin qafasında bir düşüncə baş verir. Birgə düşünüş necə baş verir? Biri düşündüyünü o birisinə söyləyir, o birisi bununla, tutalım, disputa girir, axırda onlar birgə yaradıcılığın sonucu olan fikrə çatırlar. Bax, bu vəziyyətdə iki nəfər arasında nə qədər kommunikativ, yəni soraqlaşma birgəliyi olsa da, hər halda düşünüş prosesi  hər iki adamın qafasında gedir. Onların arasında isə düşünüş prosesi yox, sözlərə və başqa bildirici vasitələrə yazılmış, mənalar durur. (Əslində mənalar da durmur, durur onları bildirən nişanlar)

Sosial psixologiyada kollektiv şüur, kollektiv bilinc (Dyurkqeym) və kollektiv bilincsizlik (Yunq) anlayışları var. Eləcə də Tarixi materializmdə ictimai şüur formaları var. Ancaq bütün bu anlayışların hamısı düşünüş proseslərinin baş verdiyi məkanı ayrı-ayrı qafaların içindən çıxarmırlar. Kollektiv bilinci çoxlarının ellikcə, ancaq hərəsi öz qafasında eyni şeyi düşünməsindən alırlar. Adamlar bir-birinə təsir etməklə bir-birində düşüncələri dəyişirlər, adamların ortasında düşüncələri özlərinə yazmış kitablar, radio, teledalğalar, maqnitofon lent yazıları, rəssamlıq əsərləri, qəzet-jurnallar gəzir. Ortada gəzən bu şeylərdə düşüncələrin necə bir-birindən doğması da qeyd olunur. Müəllifin şüurunda bir-birindən doğan düşüncə ardıcıllığı həmin ardıcıllıqla kitaba köçür və biz oxucu bu ardıcıllığı tutub gedəndə sanki müəllifin şüurundakı düşünüş prosesinə düşürük və ya tamaşa edirik. Ancaq heç kim demir ki, məsələn, kitabın özündə düşünüş prosesi öz-özünə gedir. İnanılmış gerçək budur:  "kimsə düşünə bilər, yəni yeni düşüncələrə gəlib çıxa bilər". Kimsiz düşünüşsə ola bilməz. Olsa-olsa kimsiz, yəni anonim düşüncə (diqqət edin, düşünüş prosesi yox, bu prosesin daşlaşmış sonucu düşüncə) fikir ola bilər.

Mənim sübut etmək istədiyimsə odur ki, toplum-da düşünüş prosesi yalnız fərdi qafalar içində getmir, düşünüş fərdlər arasında məkanda,  toplumun fəzasında və eləcə də tarixin axarı boyu gedir. Deməli, düşünüş prosesini yalnız psixofizioloji strukturlarda baş verən proses saymaq  azdır.

Din və idealist fəlsəfə insandan başqa bir də evrənin (dünyanın) əsasında İlahi düşünüşün olduğunu söyləyir və bunu anladan dürlü modellər qurur, - Platon, Aristotel, Plotin, İbn-Ərəbi, Sührəverdi, Hegel fəlsəfələri bütün buna örnəkdir. Mənim işim bu qatda sistem qurmaq deyil, aşağı qatla bağlıdır: düşünüş insanlarda və insanlar arasındakı uzaqlarda, məkanda da gedir.

Bu sübut olunsa, sonra idealist fəlsəfə qatına da çıxmaq olar və eləcə də belə bir çıxıma ehtiyac duymadan aşağı qatda qalmaq olar.

Düşünüşün əsas göstəriciləri hansılardır? Birincisi, anlamlar, mənalar ki, özlərindən qıraqdakıları görükdürürlər. İkincisi, anlama ki, anlamlar vasitəsi ilə zəncir qurub özündən qıraqdakıların əlaqələrini öyrənir. Üçüncüsü, prosessuallıq ki, (mənalardan söhbət gedir) yığılanlardan nəyisə açır, açdıqlarından nəyisə yığır. Hansı mənalarısa birləşdirir, hansılarısa ayırır. A. Losev demişkən, düşünmək düşüncələrdə, anlayışlarda nəyisə ayırmaq, nəyisə birləşdirməkdir. Biz düşünürük: dil semantikası, dil strukturu hikmət qaynağıdır, -  deməli, hikmət qaynağı ilə dil sistemini birləşdiririk. Biz düşünürük: dil şüur deyil, - deməli, dili şüurdan ayırırıq, uzaqlaşdırırıq.

İndi gəlin görək, saydığımız düşünüş əlamətləri yalnız insan qafasında gedən prosesləri xarakterizə edir, yoxsa düşünüşün başqa məkanlarından da soraq verir?

Kimsə toplum  "fəzasına" deyim göndərir, yəni hansı fikri isə bildirir. İrəlidə söyləmişik ki, bildiriş ünvanlı olur, deməli, bu fikir də hansı ünvanasa yönəlir. Bu fikir başqasının bilinci tərəfindən  "udulur" və orada ya yeni fikirlər oyadır, ya da yaranmış hansı fikrisə öldürür, mənasızlaşdırır, deməli, başqasının qafasında yenidən düşünüş aktına qatılır. Ancaq biz bu trivial şeyi demirik: mədəniyyətin bir çox bölgələri özlərinə aid bildiriləri və bildirilərlə bildirilənləri fiksə edib saxlayır. İrəlidə söyləmişdik ki, beləcə saxlanılanlar düşünüşün özü olmur, olur ya düşüncə, ya da düşünüş prosesinin şəkli. Ancaq iş burasındadır ki, beləcə, fiksə olunan düşüncə qaldıqca, çağ keçdikcə özündən dörd tərəfinə bilinmələr  "şualandırmağa" başlayır. Özü də bu bilinmələrdə heç də vacib deyil ki, kiminsə yozucu, açıqlayıcı, mənaverici şüuru iş görsün, bilinmələrə təkan verən səbəb olsun.

Sözsüz, belə bir vəziyyət var ki, bilinmələrin özülündə kiminsə bilinci durur. Qurani-Kərimin  "ol deyəndə olur" kəlamına Orta çağ təfsirçisi platonizmin  "ideyadan (sözdən) nəsnə yaranır" fikrini verən-də öz yaradıcı şüuru ilə Quran kəlamından platonizmin bilinməsinə təkan verir.

Ancaq mən bunu da demirəm. Mənim dediyim odur ki, kimlərsə tərəfindən ya sözlə, üz-gözlə, ya davranışla bildirilənlər bildirən şüurdan qurtulan kimi öz yaşamlarını yaşayaraq aramsız bilinmələrə düçar olurlar və bu bilinmələr insanların qafasının, psixo-fiziologiyasının oluşdurmadığı düşünüş ak-tı olurlar.

Beləliklə, toplumda düşünmək işi yalnız qafalarda yox, qafalar arasındakı mənəvi, sosial  "fəzalarda" gedir. Bildirilər həmin  "fəzada" asılıb sallanmır, bilinmələrə düçar olmaqla nələrisə göründürür, hansı mənalarısa yığıb-açır, birləşdirib-arayır. Və bu, kiminsə şüurunun dirsək qoyub saxladığı eyləm, yəni fəaliyyət olmur, öz-özünə oluşan bir iş olur. Və ona görə də bu subyektsiz düşünüş olur (yada salaq ki, Haydeqer yozumuna görə yalnız Dekartdan son-ra sübyekt özünün ilkin anlamına görə  "altında duran" mənasında hər hansı fəallığın özülündə duran başlanğıc sayılıb və Avropa fəlsəfəsinə, beləcə, yönüm verib). Toplumun mənəvi  "fəzasında", atmosferində gedən düşünüş prosesi həmin Avropa fəlsəfəsinin prinsipinə yad olaraq bu mənada subyektsizdir. Buradansa önəmli bir sonuc çıxır. Düşünüşün önünə başlanğıc, eyləmçi kimi subyekti qoyulanda, həmin subyektin bildirdiyi düşüncələr ağıllılıq-axmaqlıq, yaxşılıq-pislik, gerçəkcillik-yanlışlıq baxımından subyekti xarakterizə edir. Mən  "yağış quraqlıq olammaz" söyləyirməsə, bu düşüncəni kiməsə bildirirəmsə, bu aydırmam məni heç də ağıllı tərəfdən göstərmir və s.

Ancaq toplumun mənəvi fəzasına göndərilmiş sözlər, deyimlər, bir sözlə, bildirilər bilinmələr aktivliyinə düçar olanda ağıllılıq-axmaqlıq, yaxşılıq-pislik və s. ölçüləri onlarla uyuşmur. Subyektsiz düşünüş eyləmi, fəallığı bu qütblərdən iraq durur. Onun üçün də tarix boyu kiminsə fikrini yox, fikirlərdən kimsiz bilinmələri seyr edəndə gözəllik qarşısında, hikmət qarşısında heyranlığa düşüblər, - fərqi yoxdur, söhbət hansı toplumdan, hansı çağdan gedir, qəbilə dünyasındanmı gedir, quldarlıq aləmindənmi gedir, yoxsa irəli sənaye ölkəsindənmi gedir.

Bir az yuxarıda düşüncənin aşağı səviyyəsinə örnək kimi ağlıma ilk gələn  "yağış quraqlıq olammaz" cümləsini söyləmişdim. Elə onu da götürüb, subyektsizləşdirib, yəni kiminsə deyimi olmasından çıxarıb toplumun fəzasına buraxaq və görək, bilinmələr döyüntüsündə, şüalanmasında və ya belə deyək: subyektsiz düşünüş prosesində ondan nələr dalğalanır?

Birincisi, Azərbaycan türkcəsini dərsliklərdən yox, dolayı yollarla, gümanlar, araşdırmalar yolu ilə (tutuşdur, beləcə, mixi yazılarının oxunmasını, əski dillərdə olan tekstlərin oxunmasını və tekstin oxunuşu əsasında həmin dillərin öyrənilməsini) öyrənənə bilgi çatacaq ki, Azərbaycan türkcəsinin sözlüyündə  "yağış" və  "quraqlıq" semantik baxımdan eyni deyil. İkincisi,  "ola bilməz" felinin  "olammaz" formasına keçidi sözlərdə səslərin itməsi, sözlərin qovuşması tarixindən mürəkkəb məsələləri bildirir. Üçüncüsü, subyektsiz, yəni konkret kiməsə aid olmayan psixoloji hallar haqqında soraq verir, -məsələn, iraq-iraq Azərbaycan Atlantida ki-mi itmiş məmləkət olsaydı, Azərbaycan türkcəsi haqqında bilgilər qalsaydı və bir də bu cümlə qalsaydı, kimsə araşdırma apararaq tapmağa çalışardı: hansı psixoloji fonda belə mənasız cümlə deyilə bilər. Dördüncüsü, həmin araşdırıcı belə də fikirləşə bilərdi: yəqin bu Azərbaycan elinin dünyasında  "hər şeydə hər şey var" prinsipinə əsaslanan fəlsəfi baxış olub və  "yağış quraqlıq olammaz" cümləsi ona qarşı arqumentlər silsiləsindəndir.  "Yağış quraqlıq olammaz" cümləsindən subyektsiz düşünüş döyüntüsündə bilinənlərin siyahısını, beləcə, sonsuzluğacan uzatmaq olar. Sonsuzluq sözü burada ona görə yerinə düşür ki, hər bilinən özü zəncirvari açılaraq budaqlanır.

Ancaq bu yerdə düşünüşü beyinin psixofiziologiyasının döyünməsində, pulsasiyasında olası sayan, başqa strukturlarda isə şərti olaraq, metafora kimi qəbul edən adam güman ki, dirənəcək,  "yox!" deyəcək. Mənim söylədiklərimi fantaziyanın özünü boş buraxaraq oynaması sayacaq. Onun üçün də  "bildirmək",  "bilinmək" sözlərinin metafiziki enerjisindən çıxdığım məsələyə bir neçə yöndə həmlə etməli olacam.

Götürək Freyddən sonra elmdə belə çox sevilən yuxu problemini. İnsanın yuxularına şüurunun bilmədiyi şəkillər, düşüncələr haradan gəlir?

Bunun bir neçə qaynağı var. Onlardan birini Ziqmund Freyd tapıb: psixoanalizin yaradıcısına görə bilincaltı impulsların təsiri yuxularda filan görklərin (obrazların) filan konfiqurasyonda, fi-lan düzümdə, paylanmada olmasına səbəb olur. Ona görə də Freyd bir çox yuxu görklərinə bilinc altında baş verənlərin, durumlananların simvolu kimi baxıb və deyib ki, bu simvolları açmaqla insan özündə gizli gedən mental prosesləri görə bilər.

Ancaq mən istərdim yuxunu yalnız gizlində qalan, bilinc altına xəlvəti qapısı olan şey kimi anlamayaq. Yəqin ki, yuxuların başqa xəlvəti bilgiburaxıcı qapıları da var. Din və magiya, mifologiya, eləcə də bəzi fəlsəfələr yuxunun transendentə, yəni ruhlar aləminə və ya İlahi Düşünüşə  "qa-pısı" olduğunu söyləmişdilər. Bu qapıdan gələcək haqqında, doğrular, həqiqətlər haqqında yuxulara qəfildən soraqlar gəlir.

Mən isə bura onu artırardım ki, yuxuların in-san qafalarından qıraqda, sosiyal  "fəzada" gəzən bildirilərdən aramsız axan bilinmələrə də qapısı var və yuxularda peyda olan bir çox görklər, xırdalıqlar bilinmələrdən, bu subyektsiz düşünüş etginliyindən, yəni etmələrdən, fəallıqdan alınır. Özü də yalnız yuxularda yox. Bizim yuxuya oxşar bir vəziyyətimiz də var. Bu zaman huş gedir, ancaq tam uyqu halına düşmür. Bilincimiz oyaqlıqla uyqu arasında gözəgörünməz keçidlərdə qalır. Bu zaman yuxunun dalğaları gəlsə də hələ şüuru tam qovmur və bu zaman da insanın qafasına görklər (obrazlar) silsiləsi sürüb gəlir. Bu silsiləni Freydsayağı bilincaltı təsirlərlə bağlamaq, mən bilmirəm, nə sayaq olar. Hər halda nə sayaq olarsa, o sayaq da toplum çevrəsi içindəki bilinmələrin  "şüalanması" ilə də bağlamaq olar.

Söylədiyimi görklər vasitəsi ilə açım. Təsəvvür edin ki, sizin şüurunuzu qəsdənsizlik, yəni qəsdən nəyisə düşünməmək halında düşünüşünüz işləyir, ruhunuz heç vaxt görmədiyiniz adamların sifətlərini, hadisələri qafanıza buraxıb  "axıdır", düşünüşünüzsə onlar üstünə sizə dəxli olmayan, yaşayış və yaradıcılıq məqsədləri ilə heç cür uzlaşmayan nəsə öz-özünə alınan düşüncələr yapır. Bu hal həm uyqu ilə ayıqlıq arasında dumanlanmış şüurda olur, həm də ayıq vəziyətdə birdən özü-özünə buraxılmış, spontan fəallıqda, etginlikdə olan düşünüş axınında olur. Bax, bu zaman belə hesab etsək ki, göstərilən durumunda bilincdə, onun düşünüşündə baş verənlər sosial-mədəni-mənəvi  "fəzada" bilinmələr qaynaşmasından, impulslaşmasından gələn dalğaların bilincdən sürüb, yellənib keçməsidir, həmin fəzada düşünüş aktlarının kimsiz, subyektsiz baş verməsini ağlabatan saymaq üçün bir addım atmış, bir həmləni etmiş olarıq. Ancaq bu da azdır.

Keçək ikinci həmləyə, bəlkə anlamaq qalasına bir az da yaxınlaşmış olduq. Götürək bilincsizlik (bessoznatelğnəe, subsonssions) problemini. Freyd, Yunq da qatılmaqla bir çoxları bu problemlə məşğul olublar. Bilincsizlik anlayışı onu anladır ki, düşünüş axtarışları bir çox sonucları, xasiyyətləri ilə insanda şüurun bulunuşu (iştirakı) olmadan da sürüb gedir. Şüurun düşünüşdə iştirakı o deməkdir ki, insan düşünüşündə özünün, subyektinin yönəldici, saxlayıcı, buraxıcı nəzarətini duyur. Bilir ki, düşünür, bilir ki, hansı qəsdlər, məqsədlər üçün düşünür. Ancaq elə ki, düşünüş axınında qəsdənsizlik yaranır, özbaşınaburaxılmışlıq yaranır, subyekt də bu prosesdən sönüb gedir.

Baxaq elmdə gerçəklər, doğrular axtarışına. Puankaredən tutmuş bir çox alimlərəcən düşünərlər çoxdan, qəsdənlik şəraitində axtardıqlarını ya yuxuda, ya bu haqda xüsüsi olaraq fikirləşmədikləri vəziyyətdə tapıblar. Belə şeylərin açımı kimi elmdə söyləyirlər: deməli, şüur həmin problemləri düşünməsə də alimdə bilincsiz düşünüş davam edir və həqiqətə gəlib çıxır.

Bu açıqlama, əslində, nəyəgörənliklərə az toxunan açıqlamadır, onun üçün də zəifdir, bəlkə də yönəldici addımdır, vəssalam! Çünki aydın etmir anlayışların  "kadrları" ilə məntiqin, ilişgiləndirmələrin  "montajı" ilə düşüncələr düzən şüur yoxa çıxanda bilincsiz düşünüş necə oluşur, anlayışsız, montajsız necə filmi çəkir. Əgər bilincsiz düşünüş də anlayışlarla və məntiqlə bağlayıb-açaraq işləyirsə, onları müşahidə edə bilmədiyimiz üçün onları sübut etmək gərəkdir. Düzdür, bu zaman fizikadakı  "qara qutu" prinsipindən çıxış etmək olar: bizim bilincli olaraq düşünüb tapdıqlarımız həqiqətlərə bilincsiz düşünüş də aparıb çıxarırsa, deməli, o da elmi vasitələrdən, yəni modellərdən, anlayışlardan, gümanlardan, metaforalardan, informasyonlardan və s.-dən istifadə edir, sadəcə, biz bunları görmürük.

Bu da açıqlamadır, ancaq zəif açıqla-madır. Mənimsə məsələdən belə çox danışmağımın başqa amacı var. Mənim yuxarıda irəli sürdüyüm ideyaya, yəni toplum  "fəzasına" atılmış bildirilərin (şəkillərin, deyimlərin, kəlmələrin, bir sözlə, tekstlərin və simvolların) özlərindən onun-bunun qafasının iştirakı olmadan da bilinmələr törətməsinə və beləcə, kimsiz, subyektsiz düşüncə yox, düşünüş, yəni düşüncətörədici proses olmasına hələ də metafora, fantastik obraz kimi baxmaq olar. Ancaq indi insandakı bilincsiz düşünüşün spontan aktivliyini, subyektsiz baş verməsini, sürüb getməsini, olasılıq (mümkünlük) kimi anlasaq, sosial fəzadakı aramsız bilinmələri də olasılıq kimi mənimsəyərik. Ancaq inandırmağım üçün bu da azdır. Hərçənd nəsə bir addım, nəsə bir yaxınlaşdırıcı həmlədir.

İndi isə götürək cismani (nəsnəl) reallıq və funksional reallıq anlayışlarını. Lotman yazılarının birində bu ikisini ayırır. Fəlsəfədə olqu (suhee) anlayışı var, olanları bildirir. Adi qavrayıcılar üçün nəsnə, şey kimi olanların olması inandırıcıdır (olduğunu əlinlə yoxlaya bilərsən və s.). Lotmansa söyləyir ki, funksional reallıq da var, yəni bu olquya maddi toxuna bilmirsən, götürüb bu yerdən baş-qa yerə qoya bilmirsən, ancaq onların varlığını, olqusunu onların gözəgörünməz etgilərinin sonuclarından bilirsən. Məsələn, əxlaqi normalar toplumun mənəvi  "fəzasında" asılmış buyuruqlar olub görünməsə də əgər ayrı-ayrı bölgələrdə onu-bunu nəyisə etməkdən çəkindirirlərsə, onu-bunu yönəldirlərsə, bu nəticələrinə görə də onların olduğunu qəbul etmək zorunluğu yaranır (söhbət getmir ayrı-ayrı əxlaqi normaların ayrı-ayrı qafalarda olmasından, söhbət gedir onların qafalardan dişarı gerçəklikdə olmasından və söhbət getmir onların bu gerçəklikdə kitaba, Kodekslərə yazılmasından, söhbət gedir, onların kiçik tanrıcıqlar kimi hamıdan üstdə durub çoxluğa tanrıcıqlar kimi təsir etməsindən).

Toplumun  "fəzasında" simvolların, tekstlərin spontan düşünüş prosesinin olmasının necəliyini bir az da mənimsəmək üçün indi funksional  reallıq anlayışını dadımıza yetirə bilərik. Həmin subyektsiz, kimsiz, psixofizioloji struktursuz düşünüş ol-masının olquluğunu biz birbaşa qavraya biləmmərik, ancaq toplumdakı, mədəniyyətdəki nəticələrinə, sonuclarına görə onların olquluğunu duymaq olar. Yəni mədəniyyətə simvol, tekst, atılıbsa, bu simvol, tekst aramsız bilinmələr döyüntüsünə düşərsə, bu zaman elə bir bolluq, bərəkət yaranır ki, heç bir şüur bu bolluğu özünün həmin simvol, tekst üstündə yaradıcılığı kimi duymur, hamı həmin bilinmələri uzaqdan-uzağa özünə tərəf gələnlər kimi duyur.

Fəlsəfədə potensial və aktual olqu anlayışları var. Kimsə mədəniyyətə atılmış simvol və tekstlərin spontan, aramsız bilinmələrini düşünüş adlandırmamaq üçün potensial və real olqu anlayışlarından çıxış edərək subyektsiz düşünüşü yoxsaya bilər və belə deyər: həmin simvollarda, tekstlərdə poten-sial olaraq bolluca anlamlar var. Qavrayıb yozan şüur onlara toxunanda yozmağa başlayır və beləliklə, həmin anlamlar aktuallaşır. Ancaq necə aktuallaşır? Simvolların, tekstlərin bilinmələr dalğası kimlərinsə qafalarında gedirsə, deməli, bu bilinmələrə görə  "düşünüş" adlandırdığımız şey qafalarda gedir, qafalardan qıraq mədəniyyət  "fəzasında" getmir. Orada, sadəcə, simvolların, tekstlərin  "yazılışı" durur və bu yazılışda mənalar potensial olaraq bükük qalır. Ancaq burada bir incəlik var və bu incəliyi görməyən yanılmaya düçar olur. Potensial və aktual bi-linmələr, mənalaşmalar baxımından qafalardan qıraqdakı tekstləri (şəklin boya, çərçivə maddiliyini, yazının şriftlərini, vərəqlərini, filmin lentini və sairəni) qafaların içindəki düşünüşlərdə gedən yozumlardan ayırmaq olmaz. Yəni demək olmaz ki, məsələn, yazının şriftlərində və ya maqnitofon yazısındakı səslərdə mənalar potensialdır, onları oxuyub, eşidib yozan bilincdə isə mənalar, bilinmələrdən çıxarılan düşüncələr aktualdır. Əgər belə hesab etsək ki, tekstlərin maddəsi teyxa maddədir, qutlu (ruhani) olqudan çıxmış, ruha bürünməmiş, qut havasından qıraqda durmuş nəsnədir, onda demək olmaz ki, bu nəsnələrdə potensial mənalar var. Əgər durum belədirsə, potensial mənalar da yazıda, şəkildə deyil, onlara toxunan bilincdədir. Yəni yazı şüurda ilkin mənanı oyadır, bu mənanın bilinmələri dalğalandırmaq potensialı olur, həmənki bilincdə və yenə həmənki bilincdə dalğalanmalar başlayanda aktuallaşma gedir, - bu, məsələyə tipik materialist baxışdır.

Mədəniyyət, tekstlər və onların qavrayışı haqqında bir çox nəzəriyyələr bu materialist modelin verdiyi strukturlar cizgisində şəkillənirlər və bilik sistemi üçün heç də pis olmayan sonuclar verirlər. Onlar da sonucludurlar, onlar da verimlidirlər.

Ancaq türkün  "bildirmək".  "bilinmək",  "bildiri",  "bilinc" sözləri irəlidə göründüyü kimi bizi başqa səmtlərə getdirir. Aparır demirəm, ona görə ki, aparmaqda irəlidə olanın arxasınca çəkməsi var. Getdirməkdə isə arxadan yönəltmək var. Və özünüz də gördünüz ki, həmin sözlərin meta-fiziki enerjisi, yönəldici gücü dürtləyib çıxarır elə bir modelə ki, burada mədəniyyətə atılmış tekstlər sənin, mənim qavrayışımdan, bilincimdən asılı olmayaraq özlərindən aktual olaraq, aramsız bilin-mələr dalğalandırırlar və deməli, aramsız düşünüş aktı, düşünüş eyləmi (fəaliyyəti) olurlar. Ancaq bu fikri götürüb daşımağa razı olmaq üçün bu fikri söyləmək bəs etmir. Gərəkdirir ki, bir kiçik, ancaq ən çətin şeyi də sübut edək. İdeal olan, yəni ruhani, qut-lu varlıq yalnız qafaların içindəki şüurun  "yazıldığı" parça deyil, ideal olan bir örtük, bir hava kimi uzanıb, açılıb, yayılıb bütün toplumu, toplumdakı bütün nəsnələri, olayları bürüyüb. Hər şey həm də qutla yoğrulub.

İstəməyə-istəməyə, deməli, mən də gəlib çıxıram fəlsəfənin əski və birdəfəlik çözümlənib sübuta yetirilməmiş məsələsinə. İdeal olan yalnız qafaiçi şüur gerçəkliyidir, yoxsa qafaiçi şüurlardan asılı olmayaraq da ruh bürüntüsü var? Bədənimizin etdiklərinin şüurumuzda yaratdığı alışqanlıq bizim qavrayışımızı elə kökləyib ki, qafamızı görən, düşünən şüurda, dişarımızdakı insan olmayan olquları isə teyxa nəsnəlikdə nəzərdə tutmaqla bir özül yaradırıq və hər şeyi də onun üstündə tikirik. Materializm də bizim bu alışqanlığımıza söykənib tikdiyini tikir, yıxdığını yıxır.

Bu alışqanlıqdan çıxmaq üçün idealist adlanan filosofların çoxlu qurtulmaq həmləsi olub. Birini də mən edim. Və bunun üçün də irəlidə haradasa qoyub gəldiyim  "uzaq" sözünə qayıdım, görüm ondakı metafiziki enerji dağarcığı indi məni haralara getdirəcək?

Ekzistans fəlsəfəsi - yanında bulunmaq (dasein, prisutstvie) əsasında, yəni olquların yanında bulunmaqdan doğan hallar əsasında öz fəlsəfəsində önəmli sonuclar tapır. Mən isə vurğunu  "uzaq və bilinc" problemi üstünə qoyardım. Bilincsiz körpədə yanında bulunmaq duyğusu olur, uzağı bilməksə olmur. Şüur həm də uzağı bilmək və mənimsəmək əsasında yetişir (əslində formalaşmaq, yüksək qata qalxmaq anlamını verən  "yetişmək" sözündə də uzağa adlayıb çatmaq mənası var). Əzəldən kor gözlərin sonra açılması da bu gözlərin sahibini çox çətin vəziyyətə salır. Yalnız qulağı, burnu, əli və s. ilə kor vəziyyətində mənimsədiyi uzaqlıqları gözləri seçməyi öyrənəndən sonra onun bilinci rahatlanır.

İrəlidə dediyim kimi insan yerişi ilə uzaqlığı mənimsəyə bilər, ancaq hətta yeriyəndə bilinci bu yerişdə bulunmursa, uzaqlığı da o bilmir. Şüur yalnız uzaqlıq parametrlərində özünü tapanda özünü şüur kimi bulur. Uzağı mənimsəməyin ən yuksək forması şüurdur. Və bir də buna görədir ki, uzaqlığın məkanı qarşısında və ya içində bilinc havalanır, etkinləşir (fəallaşır). Şüur həmişə uzağı adlayıb ondan da uzaqda öz sınırlarını qoyanda özündən məmnun olur, fərqi yoxdur bu uzaq eninə doğrudur, uzununa doğrudur, hündürünə doğrudur, ya dərininə doğrudur. Fəlsəfədə şüurun intensyonu, yəni özündən dişara yönəlməsi, əyilməsi məsələsi qoyulub. Uzaqlıq proble-mi ilə bağlı mənim dediklərim həm də bu intensyonluğu əlavə məzmunla doldurur.

Bildirmə, bilinmə, xəyal, anmaq, andırmaq və s. hamısı bilincin önəmli hallarıdır, hamısı da uzağı adlamaq üçün işləyən vasitələrdir. Uzaq özü mənəviyyat üçün ən güclü, ən yayımlı metaforadır (bəlkə də Əsirəddin Əbu Həyyan əl-Əndəlusinin  "Kitab əl-idrak li-lisan əl-ətrak" yazısından aldığımız sorağa görə əski türkcədə  "ülkü" sözünün həm uzağı, həm də qayəni bildirməsi elə-belə deyil).

Uzaq zamanla bağlı, anlama ilə bağlı, mənimsəmə ilə bağlı, gizlinlərlə bağlı asanca işləyən metaforadır. Hətta gizlində olanın yaxında olması aşkar olanda güclü təəccüb oyatması gizlinin uzağa aid edilməsinə alışqanlığın qəfil pozulmasından gəlir: Allahla görüş üçün uzaq səyahətə çıxmış sufinin Allahı özündə tapmasından vəcdə gəlməsi həmin təəccübdən doğur, - ancaq elə burada da hala düşmüş sufinin zənginlik duyması ondadır ki, öz yaxınındakı nöqtənin dərininə uzaqlığını duyur.

Bizim toplum, cəmiyyət duyğumuz məntiqlə düşünəndə, dirənib soruşmalarla olquları sıxışdıranda aldanışlara açılan duyğudur. İnsan cəmiyyət deyilən həm Zaman (tarix), həm indi genişliyində açılan varlıqda özünü necə duyur? Belə duyur ki, o, bir nöqtədir, məkanın genişliyində bir punkdur və cəmiyyət adamları, olayları, binaları, ölkənin coğrafisi onun həndəvərində dörd yana genişlənərək sərilib və o bu zaman genişliyə düzülmüşlüyün ortasında kiçik, nazik bir əsa kimi durub (Paskal deyirdi, axı, insan düşünən əsadır). Toplum haqqında nəzəri araşdırmalarda, toplumla ilişgidə insanın özünü qavramasında insanın özünə quş uçuşundan baxması var. O özünü azman genişliyə səpələnmiş olqular çevrəsinin içində zorla qaralan nöqtə kimi görür.

Başqa perspektivlərə çıxmış bəzi adamla-rı, - ərənləri, liderləri çıxsaq, insanların çoxu toplumda özlərini çox kiçik duyurlar, özlərini həmişə dörd yandan bilinclərindən qıraqdakı nəsnə, olay topaları ilə sıxılmışlıqda, qısnalanmışlıqda duyurlar.

Burada da uzaqlıq var, ancaq uzaqlığın vektoru qıraqdan gəlib böyük dünyanın, evrənin bir nöqtəsində büzüşmüş insan qaraltısına tuşlanır. İnsana bu cür baxılması, insanın özünü bu cür duyması, sözsüz ki, onun haqqında əxlaqi, sosioloji, psixoloji və s. nəzəriyyələrə öz parametrlərini, öz sonuclarını, öz problemlərini diktə edir.

Ancaq başqa baxım da ola bilər və olmalıdır. İnsan aktual reallıqda olan olquların azman çoxluğu ilə çevrələnmiş həndəvərin ortasında sıxılıb durmuş  "əsa" deyil, insan özündə azman həndəvər görüntulərini daşıyan olqudur və özü bu olquların topasından böyükdür ki, onları içinə toparlayıb özü ilə daşıya bilir.

Əgər öncəki baxımda insan çox vaxt özünü həndəvərindəki problemlər arasında duyursa, ikinci ba-xımda hər şeyə insan öz içinin problemi kimi baxır. Birincidə insan nələrinsə arasındadır, ikincidə nələrsə insanın bilincinin açdığı genişliyin ara-sındadır. Birincidə insan özündən qıraq olquların əngəllərini, badalaqlarını, dirsəklərini, sıxcalamalarını, dirəmələrini duyaraq aralardan keçir, ikincidə özündə olan əngəllərin, badalaqların və s.-nin arasından özünü keçirir. Əski yunanların avtarkiya, ataraksiya, Buddanın qurtuluş yolları problemləri özündən qıraq yox, öz içinin problemləri ki-mi mənimsəyərək quta, bilincə qıraq basqılardan qurtulmaq halında buyuruqlar verir.

Toplumda insan çox vaxt hansı durumdadır? Toplum, cəmiyyət deyilən ölkədən, qitə boyda böyüklükdən çox az şey insanın yanında bu an, bu yerdə durur, - otaqda olanda mebellər, pəncərədən düşən işıq və s. Toplumun qalan hissəsindən çox böyük sayda olaylar, nəsnələrsə kölgə kimi maddəsiz görüntülərdə, obrazlarda şüur tərəfindən bir fon kimi saxlanılır. Əgər lap düzünü desək, hər şey şüurdan dolanaraq şüurda peyda olan  "elçilərlə", - soraqgətirici şəkillər, səslər, qoxular və s. ilə bizə bilinir. Və bu zaman dolaşıq bir vəziyyət alınır. Nədir məni toplumda konyukturaçı, qorxaq, igid, fədai, eqoist edən? Nəsnələrin, olayların özləridir, yoxsa öz bilincimdə dünya deyilən azmanlığı yaradan kölgə kimi maddəsiz görüntülərdir?

Neyçün lazım idi mənə bizdəki toplum, cəmiyət duyğusunu sarsıldıb (sarsıtdımsa) cəmiyyyətin ara-sında duran insanı öz görüntuləri, öz bilinci ara-sında duran insanla əvəz etmək? Neyçün lazım idi mənə özünü qıraqdakıların içində bilən insanı içində qıraqdakılarını gəzdirən insanla əvəz etmək? Toplumun qucağına alıb apardığı insanı, toplumu özünə toparlayıb özündə aparan insanla əvəz etmək?

Bu, sözsüz, subyektiv idealizminki sayılan əski ideyaların Azərbaycan türkcəsində, bir az da bəlağətli təkrarlanması kimi də görünə bilər. Ancaq mənim amacım başqadır. Mənim amacım oradan-buradan yaxınlaşaraq, dirəşərək elə bir bilinc durumuna gəlib çıxmaqdır ki, toplumda sənin, mənim, onun arasında alınan sosial və ya mədəni  "fəzada" sənsiz, mənsiz, onsuz düşünüş işinin baş alıb getməsini metafora kimi yox, gerçək iş kimi duyaq.

Onun üçün də belə bir sərt sorunu dirəndirmək gərəkdir: varmı sosial və ya mədəni fəza, yəni eninə-uzununa-hündürlüyünə genişlik üstə gəl boşluq yox, gözəgörünməzliyi, özünəyerləşdirməkliyi ilə boşyerliyi andıran doluluq? Fiziki fəza hava molekulları və s. ilə doludur, külək onları sovurub nəyəsə çırparaq olqusunu səslə, zərbə ilə aşkar edir. Bu fəza səsi və s.-ni dalğalandırıb özündən keçirərək daşıyıcılığını da bəlirtləndirir. Deyilənlər fi-ziki fəzaya aiddir. Bəs sosial, mədəni fəza nədir, metaforadır, yoxsa olqudur, olandır? Olandırsa necə olandır?  "Mən"-lərin bilincində olandır, yoxsa özlüyündə olandır?



Cəmiyyətdə olquluq

Gəlin bu soruları belə örnəklərdə açıb-ağardaq. Götürək hindlinin dini şüurundakı müqəddəs yer olan Şambalanı. Şambala milyonlarla hindlinin bi-lincində olqu kimi var. Hamısı da inanır ki, Şamba-la bilinclərindəki ideya, görüntü deyil, özlüyündə, bilinclərdənqıraq olanın həm özüdür, həm də o taydan bu taya, - bilincimizə bilinməsidir.

Soruşulur, biz nə edək, (əgər biz hindli olsaq) hamımız özümüzdə Şambala ideyasını, görüntüsünu gəzdirdiyimiz üçün bu Şambalanı özbildyimiz yox, hamının bildiyi sayaq? Yəni hamıya bilinən sayaq? Yoxsa bu Şambala yolun qırağındakı fiziki məkandakı karvansara kimi durduğu üçün yolçulara bili-nir və hamı onu bilir?

Və ya başqa cür deyək: mən içimə baxıram, orada filan şeyi görürəm, sonra səndən, ondan və minlərlə başqalarından eşidirəm ki, hamı içində onu görür. Bu, necə deyərlər subyektiv varlıqdır, yəni var olmağına var, ancaq  "mən"lərdə var. Və bu varlığa bir az qeyri-ciddi baxılır, çünki həmin  "mən"lər yox olan-da o da sönüb gedir.

Bir də var elə varlıq ki,  "mən"lərsiz, bilinclərsiz var və  "mən"lərin sönməsi ilə o da sönmür. İndi soruşulur: sosial, mədəni fəza və onda hava molekulları kimi asılan bildirilər və onların aramsız bilinmələrlə düşünüşdə olması hansı varlıqdadır,  "mən"lərin subyektivliyindədir, yoxsa dağın, daşın, havanın obyektivliyindədir?

Bu sualların özülündə quş uçuşundan özünə baxaraq saysız nəsnələrin azman çevrəsinin ortasında balaca qafasına şüurunu tüstü kimi yığmış adamın qavrayışı durur. Bu qavrayış məkanı, mistikanı, dünyanı bürümüş qutu ağlasığmaz sayan ilkin materializmdədir və fəlsəfədə böyük materialistlərin yüksək düşüncələrini sirayətedici etmək üçün qapıları açır. Bu qavrayış şüura, ruha olsa-olsa paltar maşını yaratmaq üçün ixtiralar etdiyinə görə sayğı göstərir və ağlı belə bacarığına görə mədh edir. Ancaq yenə də, başı üstünə qalxmış ağır baltanın qorxusunu, olanlığını birinci dərəcəli, əsl gerçəklik sayır, qafanın içində tüğyan edən şizofrenik görüntüləri isə ikinci dərəcəli sayır. Bu şüur sanki əlində tutduğu ağır baltanı ağırlığına görə birinci dərəcəli varlıq sayır, dağla sürünən çəni isə  "guyakiləşdirir".

Ancaq haradadır doğru göstərən ölçü, meyar?! Bilincindəki görüntülərin, danlaqların, ayıblandırmaların əzabına qatlaşmamaq üçün əlindəki bıçağı qarnına soxan, özünü qatarın altına atıb fiziki ağrı və ölümə üstünlük verənin etdiyi, axı, tərsinə deyir - ruhun, bilincin gerçəkliyini baltanın gerçəkliyindən birinci dərəcəli sayır. Və əxlaqda birinci tip, ilkin materializmdə olan qavrayışların törətdikləri insanlar ləyaqətlilik, ərdəmlik şkalasında ikinci tip qavrayışın törətdiyi insanlardan, çoxluğun inamına görə, aşağıda dururlar.

Birinci qavrayış tipi balta məsələsini qırağa qoyub fəlsəfi arqument irəli sürə bilər: insanlarsız da təbiət olqudur, Təbiətsizsə insan olqu deyil. Deməli, maddi gerçəklik birinci dərəcəlidir, mənəvi gerçəkliksə guyakiləşməsində zəiflənmiş gerçəklikdir.

Ancaq təbiət nədir? Təbiət bizə bildirənlər, bizə bilinənlərdir. Və bir də bilincimizin uzaqlara yönəlmək bacarığı ilə Kant sayağı bu bildirilərdən, bu bilinənlərdən otaydalığıl postulatlaşdırmaqdır. Dünyanın bizə bilinən üzü və bu üzdən arxada olanlar (şüurumüzün uzaqlara, o taya adlaması) Təbiətdir. Ancaq bu sözlərin arasına girək: bilincin, şüurun dirənib durmaqdan qurtulmaq bacarığı və bu bacarığı olası edən ilkin şərtlərdən biri kimi şüurun uzaqlıqlar duyğusu, uzaqlara bənd olması Təbiət deyilən şeyi Təbiət edir. Heyvanlar bu Təbiəti bilmirlər. Onlar yalnız  "ekranlarında" görünənləri bilirlər. Bu  "ekrana" uzaqlardan gəlmişliyi bilmirlər. Hətta zəlzələni irəlicədən duyan canlılar da özlərini uzaqlardan çatan soraqları almış kimi duymurlar, indi bu an  "ekranlarında" görünənlərə reaksiya verirlər.

İnsan qutuna görə özünü uzaqlardan bura gəlib düşmüş duyur və buradan hara? Hansı yerə? sualları qarşısında döyükür. Həyatın mənası deyilən ünlü məsələnin kökündə bilincli və ya bilincsiz bir sual durur: niyə uzaqlardan ora yox, bura düşmüşəm və yolum hayana olmalıdır ki, içində bulunduğum dolaşıqlardan irəli, uzaqlara çıxım?

İndi soruşuram: güclü gerçəkliyi, doğrudanolmuşluğu Təbiətə aid edən şüurumuzun uzaqlara uzanışıdırsa və ya belə deyək, uzanışı ilə Təbiət olqusundan bizi soraqlandıran şüurumuzdursa, onun öz uza-nışı ilə toplumda sosial fəzanın olmasından bizi xəbərləndirməsinə niyə qıyğacı baxaq? İrəlidə dedik. Toplumun çox az hissəsi bizim yanımızda bulunur, toplumun çox hissəsi isə şüurumuzun keçmişə, gələcəyə, aşağıya, yuxarıya, genlərə uzanışında bilinir. Ayrı-ayrı şüurların içindən yollanan uzanışlar elə bir dirəklərə çevrilir ki, onların üstündə özəl bir məkan, sosial və ya mədəni  "fəza" yaranır və orada aramsız düşünüşlər baş verir və bu düşünüşlərdən bilinmələr şüurlara bu şüurların uzanışları ilə açılmış uzaqlardan aramsız soraqlar axımını verir.

Niyə Təbiətlə bağlı uzanışın guyakisizləşdirmə gücünü Toplumla bağlı uzanışın guyakisizləşdirmə gücündən əskik sayaq?!

Toplum, cəmiyyət nədir? Bədənlərin işlətdiyi olquların toparlanması deyil. Toplum bədənlərin, onlardan başqa olquların (çəkic, arx, fabrik, limu-zin və s. və s.), bir də bilinclərin bir ölkə, bir coğrafi məkan içində toparlanmasıdır. Toplum yalnız bunların da toparlanması deyil - toplum bədənlərin, başqa maddi olquların (nəsnə və olayların), bilinclərin və bir də bütün olqularla bağlı mənaların toparlanmasıdır. Yalnız bədənlərin toparlanması toplumu, cəmiyyəti vermir. Biz cəmiyyətin gerçəkliyini guyakiləşdirmiriksə, varlığını şərti və ya fiktiv və ya potensial saymırıqsa, bədənli məkanla sosial fəza məkanlarının iç-içliyində cəmiyyətin gerçəkliyini, beləcə, gerçək, varolan saymırıq.

Və bu sosial, ya da mənəvi fəzadan  "asılmış", gəzərgiləşmiş bildirilər (tekstlər) elə bir subyektsiz düşünüşdə olur ki, ayrı-ayrı qafaların gücündən, bacarığından qırağa çıxan yetənəklərə çatır. Əgər ayrı-ayrı qafaların bacarığından qırağa çıxan nəticələr alırsa, niyə də onları ayrı-ayrı qafaların subyektiv gerçəkliyindən qıraqda oluşan görməyək?!

Ancaq bu gözəl sualdan sonra qəfildən bir az ayıblanıb bir gizlini açmaq istəyinə girinc oluram, özümdən qovduğum bir şeyi boynuma almaq istəyinə tutuluram. Fəlsəfədə nəyinsə bizə verilməsi o demək deyil ki, qucağımıza elə bir daş qoyulur ki, əzələmizin, damarlarımızın bütün ağrısı onun doğrudanlığından xəbər verir. Mən də fəlsəfə ilə heç kimin qucağına belə həqiqətləri qoymuram. Bu mənada bəlkə də mənim bayaqdan Azərbaycan türkcəsindən təpər, meta-fiziki enerji alıban qurduqlarım doğrudanlı deyil, bəlkə də doğrudan-doğruya, özlüyündə nə sosial fəza var, nə də qafalardanqıraq, kimsiz, subyektsiz düşünüş aktları var. Bəlkə də onların beləcə olqulandırılması bir böyük metaforadır. Ancaq bu şübhələrə yenidən qayıdanda bir şeyi də bilək. Fəlsəfənin işi qucağa gerçəkliyi olan həqiqəti daş kimi qoymaq deyil, fəlsəfənin işi düşünüş havası, mühiti yaratmaqdır, şüuru uzaqlara işləyən ritmə salmaqdır. Fəlsəfə və elmlər, əslində nə, necə olduqları bilinməyənləri hansı bir modeldə isə görükdürüb düşünməkdir. Fəl-səfə və elmlərin işi bilinməyənlərdən bilinmələri aşkar edən Metaforalar yaratmaqdır. İnsan isə məgər Metaforalar içində dolaşan, oluşan varlıq deyilmi?! Və elə də çətindirmi sübut etmək ki, bizim ən dolayısız görünən ilkin sözlərimiz də ilkin deyillər, öncəki metaforaların sonucudurlar?!

Beləliklə, bayaqdan  "elə deyilmi"lərimlə aralandığım sahilə başqa cür qayıtmış oluram, - ancaq sahil də qabaqkı deyil. Həndəsi çevrədə cızıq fırlanıb öncəki darıxdırıcı nöqtəyə qayıdır. Mənəvi çevrədəsə qayıtdığın başlanğıc bu qayıdışda başqa cür olur.

Beləcə anlatmaq istədiklərim axırıncı şübhəmlə, etirafımla xeyli çoxbucaqlaşandan, çoxüzlüləşəndən sonra bu çoxculluğun havasında bəzi yeni şeyləri də söyləmək olar. O da bayaq dediyim fikrə aiddir ki, mədəni fəzada gedən düşünüşlərdə elə yetənəklərə çatılır ki, bu, ayrı-ayrı qafaların gücün-dən, imkanlarından xaric sayılır.

Deyiləni anladım. Bizim mədəni fəzaya həndəsi modelin metaforasından baxmamız qavrayışımıza öz strukturlarını diktə edir. Ona görə də hansı simvolun, hansı sözün, hansı cümlənin, hansı tekstinsə aramsız bilinmələ-ri özündən dalğalandırmasını söyləyəndə bir nöqtədə durmuş dalğadan həndəvərə şualanma strukturunu görürük. Virtual məkanda isə tez-tez başqa cür olur. Belə bir sual verək: tutalım, sosial fəzaya fransız kralı Lüdovik XIV  "Dövlət mənəm" cümləsini atandan sonra bu cümlə hamı tərəfindən unudulur. Onda nə baş verir? Cümlə semantik olaraq donur və bilinmələr fəallığına, etginliyinə düşmür, yəni düşünüş aktında olmur?

Cavab: cümlə hələlik göz qabağında olmasa da mədəniyyət tarixinin sonrakı dönəmlərində istənilən qədər olaylar, istənilən qədər tekstlər elə şeylər ortaya çıxarırlar ki, bunu hələlik heç kim görməsə də ya o cümlənin bilinmələri olur, ya da bu bilinmələrdən xəbər verir. Bu mənada fiziki olaraq olmuş mədəniyyətlər salamat mədəniyyətlərdə bilinmələr dalğalandıran gizli (bilincsiz) düşünüş aktları olurlar. Araşdırıcılar üçün ən ekstatik tapıntılar onlar olur ki, öz mədəniyyətində nələrisə çözələyəndə birdən başqa mədəniyyətin, - dəxli olmayan uzaq mədəniyyətin hansı simvolununsa bilinmələr fəallığın üzə çıxarır. Yəhudilərdəki Adəmlə Həvvanı yoldan çıxaran  "ilan" simvolunun Oğuzlarda  "yoldan çıxarmaq" mənasını vərən  "qurdu oynadı" deyimində həmin deyimin bilinmələrində, düşünüş fəallığında bulunub orada içəridən döyünməsi, işləməsi var. İlan Tövratda Həvvanı yoldan çıxarır. Qurd isə öz əyrilikləri ilə balaca ilanı andırır və Oğuzlar qarında olan bu qurdu insanı yoldan çıxaran sayırlar. Beləcə, Bibleik İlan mifolojisi  "yoldan çıxarma" ideyasını gözəgörünməz olaraq qarındakı qurda ötürür və həmin ideya  "qarının qurdunda" içəridən işləyib bilinmələrdə dörd yana anlamlar axıdır. Azərbaycanlı araşdırıcı isə türkün  "qarının qurdu" deyimi ilə əlləşəndə ondan Bibleik ilana çıxanda ekstatik tapıntıya çıxmış olur (ikinci bölümdə bu haqda konkret intellektual gəzintilər, qurdalanmalar olacaq).

Əslində Ziqmund Freydin psixoanalizində, bəzi qaba materializmə baxmayaraq, ən güclü yönlərdən biri insanın qut aləmi ilə bağlı, yeri gələndə, Evklid həndəsəsinin metaforalarından çıxmaq olur. Yox olmuş, bilincaltına basılmış simvolların başqa psixi strukturlarda həmin psixi strukturlara xəlvətcə də olsa keçmədən, təsir xətləri atmadan bilinməsi Freydin ən heyranedici tapıntılarıdır. İnsan psixolojisindən fərqli olaraq mədəni fəzada baş verən oxşar şeylərinsə ecazkarlığı ondadır ki, alınan nəticələr çox vaxt nevrozdan xəbər vermir, mədəniyyəti irəlilədən, dolğunlaşdıran yetənəklər olur.

Sosial fəza ilə bağlı həndəsəliyi unudub demək olar ki, hər şey hər şeydədir. Hər bildirinin düşünüş aktı başqa bildirilərin içində gedir.  Hər tekstin içinə səyahət başqa tekstlərin düşünüş fəallığına, bilinmə dalğalarına aparıb çıxarır. Həm də bu zaman bir tekst özündə qalaraq, başqa tekstlərə nə lağım, nə yol atmayaraq o birisində olur. Bu dediklərim semiotikanın kontekstual mənalar, konnatativ əlaqələr haqqında söylədiklərini fəlsəfi mifologiyaya bürümək deyil. Sientizmində bir az bərkişmiş semiotika kimi elmləri Evklid həndəsəsindən çıxarıb fəlsəfi havaya salmaqdır. İndi isə yazını başladığım məsələyə çevrə vurub qayıda bilərəm. Nəyə görə Azərbaycan türkcəsinin minillik tarixi olan filan qədər sözündə metafizik enerji dağarcığı var və onların özlərində gizlətdikləri, özlərindən bildirdikləri elədir ki, çağdaş düşünərlər onlara özlərindən irəlidə olan Doğrular kimi və ya irəlidəki Doğrulara getdirdirən başlanğıc kimi baxırlar? (Əslində indiyənəcən yazdıqlarım  "bildirmək",  "bilinmək",  "uzaqlar" sözünün bu işini göstərirdi).

Bir az aydın olsun deyə, həmin sözlərdən bir siyahı verim: anlamaq, başa düşmək, darıxmaq, havalanmaq, qılıq, düşünmək, yaxşı, axmaqlıq, ələ salmaq, ipləmə, soruşmaq, olmaq, var-yox, tapınmaq, bulunmaq və s. Görən göz, eşidən qulaq üçün bu sözlərdən dalğalanan çoxlu bilinmələr var ki, fəlsəfə yapmaq üçün yönəltmələr, aparamlar verir. Bunu mən üzümüzə gələn bölümlərdə göstərməyə çalışacağam.

 

Varlıq

Fəlsəfi sistemlərin çoxu Varlıq məsələsi üstündə düşüncələri qurmaqla başqa məsələləri toxumaq üçün ilmələrini tapır. Mən də bu gələnəkdən (ənənədən) qalmayıb.

Qabaqca onu yada salaq ki, deyəsən, Haydeqerdən sonra daha da aydın olub ki, Varlıq ilə olqunu ayırmaq gərəkdir. Varlıq bütün olanların hamısını bürümüş, hətta olacaq olmayanların qaranlığına girib gözdən itən nəsədir. Olqu isə olan ayrıca nəsnə, şey və olayların (hadisələrin) olmaqlığıdır.

Düşüncələri haradan başlamalı? Olquların olmuşluğunu mənimsəyərək Varlığı düşünməyə adlamaq düz olar, yoxsa Varlıq ümmanını düşündükdən sonra, ya da düşünübən olquların olmaqlığına keçmək? Yəqin ikisi də doğrudur və bu məsələdə yol ikitərəflidir, hərçənd ikitərəfli yolun bir tərəfinin bizi apardığı mənzil, o biri tərəfinin apardığı mənzil deyil.

Mən də bunlardan birini seçib, görüm, Varlıqdan Olquya necə çıxmaq olur?

Ancaq bunun üçün gərək bilincimizi (şüurumuzu) Varlıqda bulunduraq. Nədir Varlıq? Nəsnənin qalınlığı var, qalınlığa tanıq (şahid) olmaq olur, nəsnənin gedişi var, buna da tanıq olmaq olar. Bəs nəsnənin qalınlığı, gedişi kimi Varlığı da barmaqla göstərib tanıq vermək olurmu?

Materializm deyir ki, yalnız məkan biçimi almış, çağın, zamanın cərəyanına düşmüş olanlar varlıqdadırlar, ona görə də İlahi varlıq fiksiyadır, çünki məkan və çağ biçimlərindən dişarıda sayılır. Göründüyü kimi, materializm Varlığı məkan və zaman koordinatlarına bağlamaqla  "barmaqlagöstərənlik" effekti əsasında düşüncə aydınlığını qazanmaq istəyir. Ağıllı materializm bilir ki, qalınlığı, istiliyi barmaqla göstərmək oluduğu kimi Varlığın bütün qatlarını, məsələn, mikro aləmi barmaqla göstərmək olmur, ancaq hər halda məkan və zaman koordinatlarının  "barmaqlagöstərənliyinin" verdiyi aydınlığın ucundan tutaraq düşünüşü Varlığa yollandırmaq istəyir.

Çinin Dao fəlsəfəsində Varlıq haqqında Avropa düşünüşünün öncələr səmt tutmadığı genişlikləri açan söyləmlər var. Dao fəlsəfəsində deyilir ki, Varlıq özünün Absolyutunda, Sonsuzluğunda,  "hər nəsnə"dəki  "hər"in olanlardan olacaqlara doğru açdığı sonsuz sadalanmalarında heçlikdir. Bu söyləmi anlaqlı belə etmək olar. Hər şey olmaqlığı Varlıqdan alır. Deməli, hər şey ilkində Varlıq ümmanında bulunmalıdır ki, oradan çıxıb, bilinib filan şey olsun. Buradan çıxan sonuc: Varlıq hər şeydir. Buradan çıxan ikinci sonuc: Varlıq hər şeydirsə, HEÇ nədir. Bunu da aydınlatmaq olar. Tutalım nəsə (olqu) eyni anda həm qurbağadır, həm adamdır, həm havadır, həm sudur, həm oddur, həm qapıdır, həm hər bir fikirdir, bir sözlə hər şeydir. Onda bu nəsəni görmək olmayacaq, çünki görünmək nələrdənsə nəyinləsə seçilməkdir, bilinməkdir, məsələn, qurbağalığın hava, od, fikir və s.-dən  "su yazısı" kimi xüsusi, baxışsız görünməyən bolluqdan önə, irəli, hündürə və s. doğru çıxmasıdır. Əslində, eyni anda hər şey olan nəsəliyi düşünmək də olmaz, çünki düşünmək bu nəsəliyi nəliyəsə aid etməklə və ya nələrdənsə ayırmaqla seçməkdir: qarşımıza nəsə çıxır və onu insan dürünə (növünə) aid edib tanıyırıq və beləliklə, düşüncə əldə edirik. Qarşımıza nəsə çıxır və onu insan düründən, canlı soyundan ayırmaqla nəsəliyindən nəliyini tapmasaq da nəliyini bilmək yolunda özümüzü duyuruq.

Ancaq bu nəsə eyni anda hər şeydirsə biz nə onu seçirik, nə onu görürük, nə də onu bilirik - heç nəyi bildirməyən, göründürməyən, seçdirməyənsə BOŞLUQDUR, HEÇLİKDİR. Özü də nələrinsə cızdığı sınırlar içindən görünən boşluq, heçlik yox - əslində indiyənəcən işlətdiyimiz  "nəsə" sözü yanlış idi, çünki nəsə bəlli, görünən nəsnələr arasından görünən boşluqdur, heçlikdir. Sonsuz Varlıq isə Nələrinsə, qonşuluqların arasından görünən Boşluq HEÇLİK deyil. Görünməz, bilinməz HEÇLİKDİR. XX yüzildə avropalı Haydeqer öz fəlsəfəsində Varlığın heçlik məqamını nəsələşdirmək üçün metafizik, ağıllı, güclü bildirtisi (ifadəsi) olan cümlələri düzüb qoşdu ki, onların cızdığı sərhədlərin, çərçivələrin arasından bu boşluğu, heçliyi qaraltsın, yəni indi ki, işığı yoxdur, heç olmazsa, qaraltı ilə bilinən etsin, heç olmazsa, nəsə kimi duydursun.

Haydeqerdən yüz illə ölçülən bir az qabaq isə Kant fəlsəfəsini elə qurmuşdu ki, bu Absolyut Boşluq, heçlik olan Varlıqla işi yoxdu. O boşluğu, heçliyi daraldıb saysız  "qara dəliklərə" çevirirdi. Belə dəliklərsə, artıq, nəliyi bilinməyən nəsələrdir. Bəs Kant nəsəliyi heç olmazsa, qaraltıda bildirmək üçün hansı cızıqları cızırdı ki, onların arasından nəsəlik qaralsın? Bunun üçün o, bu taydalıqla o taydalıq arasındakı sərhədi cızırdı. Bu taydalıq qavrayan şüurun (bilincin) içində görünənlər idi və şüur yalnız bu tayda peyda olmuş  "elçilərlə" işini görürdü. Bəs bu elçilərdən o tayda qalmış, bilincdən qıraqda özlüyündə qalmış nəsnə nə idi? Kant deyirdi: o bilinməz nəsnədir. Amma yenə də bu bilinməz nəsnə Kantda bir qaraltı kimi bilinirdi, daha düzü, qaraltı ilə bildirilirdi. İrəlidə söylədik ki, qaraltı ilə bildirmək, heçlik kimi yox, nəsəlik kimi bildirmək, araya salmaq effekti ilə əldə olunur. Kant, bax, bu yolla butaydalıqla otaydalıq (transendentlik) ideyalarından çərçivə yapıb onların arasından özünübildirməz nəsnəni nəsəliyə çevirirdi.

Bu qısa tarixi ekskurs Varlıq problemini doluluğunda duydurmaq üçündür. İndisə keçək Azərbaycan türkcəsinin metafiziki enerjisində Varlıqla bağlı düşünüş təpəri yığmağa.

Azəraycan türkcəsində  "var-yox" qoşalaşması var, özü də çox vaxt söyüşdə işlənir (var-yoxunu belə-belə edim və s.). Söyən şüura sadalanası nəsnələr nifrəti boşaltmaq üçün bəs etməyəndə, nifrəti ekstatik ənginliklərə çıxarmaq vəcdi yarananda  "var-yox" insanla bağlı  "hər" sözü ilə bildirilən bitməz sıranı bir yerə yığır.

Niyə türk dili bu söyüşdə  "var" ilə  "yox"u qoşalaşdırır? Söyüş təhqiramiz də olsa, hər hansı bir etməyi bildirir. Etmək isə nəyəsə yönələndə boşuna deyil.  "Yox"luğa yönələn etməksə nərdivanı qaranlıq havaya dirəyib qalxmaq kimi bir şeydir. Və əgər belədirsə, söyüşcül türk bilinci niyə  "sənin var-yoxunu" deyir?

İnsanın varına nələr aiddir, söyləmək olar. Bəs insanın yoxuna nələr aiddir. İnsanın yoxu maraqlı bir halı bildirir. İnsanın yoxu insanda vaxtı ilə var olub indi yoxalmışları bildirir. Ancaq bu yoxalmışlar insana dəxli olmadığı üçün heç vaxt onda olmamışlarla eyni deyil: kişinin atası vardı, indi yoxdur, - bu bir cür yoxluqdur. Kişidə Everest dağının başında olan daşlar yoxdur, - bu başqa cür yoxluqdur. Əgər türk söyüşündə  "yox" belə olsaydı, onda  "sənin var-yoxun"da, bu  "yox" dünyada bütün olanların insanda hamılıqca olmamasını bildirərdi. Belə olanda isə insana dəxli olmayanların söyülməsi mənasız olardı və ya mənası onda olardı ki, insan bir bəhanədir, söyülür bütün dünya.

Ancaq  "var-yoxu"nda  "yox"un mənsubiyyət şəkilçisi ilə işlənməsi, məhz sənin  "yoxu"nu bildirir, bu isə öncələr olub indi səndə olmayanlardır. Və yenə də soru çıxır: hər halda indi olmayanları söymək qaranlıq havaya nərdivan atmaq deyilmi? Yəqin türk bilinci belə boş şeylərlə məşğul olmaz və əgər insanın  "yoxu"nu da söyürsə, deməli, onun sahib olduqlarının sırasına yoxlarını da sahib olduğu olqular kimi salır. Bu təxminən ona oxşayır ki, həmin sıradan nələrsə qopsa da yerlərinə saldıqları izləri ilə orada qalır. İnsan əzizlərini itirir, ancaq bilincində və dünyasında həmin izlər qalır, öz işlərini gerçək qalanlar kimi görür: atasını itirir, ancaq atasının izi onu atasının dostları, qohumları ilə bağlayır. Pullarını itirir, ancaq pullu vaxtının yaratdığı düşmənçilik və ya dostluq pulsuz vaxtında da həmin pulların izlərinin gördüyü iş kimi qalır və s.


--



ZülfüqarAprel 10, 2008 21:46

BölməsizŞərhlər(1)     Baxış sayı:88
ZülfüqarMart 31, 2008 2:44
Azərbaycan Respublikasi! 
 

Azərbaycan Respublikasının himni! 

           

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan
 
Musiqisi-Üzeyir Hacibəyov
Sözləri-əhməd Cavad
ZülfüqarFevral 27, 2008 21:14
25-i1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın  axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideyninin itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər İtkin düşmüşdür: Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur: Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Faciənin xronikası Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəçilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarğısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələrinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralnmış və əsir götürülmüşdür. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gişlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilər güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların rəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Hücumun gedişatı Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir. Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır Əhalinin çıxması üçün azad dəhliz Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə güllələyə tutulmuşdur və nəticədə coxlu sayda insan həlak olmuşdur. 366-cı alay Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-ci alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir. Hərbi hissəni komana heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticsəində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayyətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur! Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycnın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vadalizmin əsas cinayətkarlarıdır. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi Bəyannaməsinin, həyasızcasına məhəl qoyulmamasıdır. Bu faciədə həmçinin Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov, Azərbaycanın prezidenti və Ali Baş Komandan olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vəhəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədə Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlın törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi. Indi bir yumruq tək birləsib,dost olub,cihad edib,azadliq yolunda mubarizə aparib,bir noqtə uzərinə vurmagimiza nə qədər də ehtiyac var,Uca Yaradan! melumat www.azerislam.com internet unvanina məxsusdur.Təsəkkurlər
BölməsizŞərhlər(0)     Baxış sayı:105
ZülfüqarYanvar 13, 2008 2:46


   

 

HƏDİS

“Müsəlman o adamdır ki, başqaları onun həm dilindən və həm də əlindən zərər çəkmirlər. Həqiqi mücahid də o şəxsdir ki, Uca Allahın(c.c) ona qadağan etdiyi şeylərdən uzaq durur! 


Qan yaddaşı
 Xocavənd-8.02.1992
 Xocalı-26.02.1992
 Şuşa-09.05.1992
 Laçın-17.05.1992
 Kəlbəcər-06.04.1993
 Ağdərə-17.06.1993
 Ağdam-23.07.1993
 Cebrayıl-18.08.1993
 Füzuli-23.08.1993
 Qubadlı-31.08.1993
 Zəngilan-25.10.1993
Unutma!!!!

Qarabaği unutma!Qarabağ Azərbaycan Torpağidir!!!

Oyrenmek uchun gerek chalishasan.Zehmet chekmelisen ki,elm elde edib,tecrube ve dunyagorusu toplayasan.Omrun boyu xeyir-bereket tapmaq ucun halal qazanib,halal da xerclemelisen.O zaman heyatda ugur qazanmaq ve gozel dostlar tapmaq olar.Oxu veOyren.Ruzi-Bereket tap.Axtaran tapar.

Yaşilliq,    Məhəmməd Füzuli    

 Azərbaycan Respublikasi.                

BölməsizŞərhlər(0)     Baxış sayı:131
ZülfüqarYanvar 13, 2008 1:40

                                                                     

                Azərbaycan və Turkiyə ! 


Dost Olmaq IsteyiremŞərhlər(0)     Baxış sayı:124
ZülfüqarYanvar 12, 2008 16:45
"Cihad"muessesesi 19avqust 2007-ci ilden oz fealiyyetine bashlamishdir.Bizim esas meqed ve fikirlerimiz gencler ve yeniyetmeler arasinda elme,tehsile,dine,shexsi dushunce ve musteqil idareetme qabiliyyetlerine malik olmaq ve onun mesuliyyet,vezife ve borclarini agila ve mentiqe esaslanaraq etmeleridir.
 

BölməsizŞərhlər(1)     Baxış sayı:158
ZülfüqarAvqust 25, 2007 1:31

"Cihad.azeriblog.com" virtual qəzeti

Təsisçi-"Cihad" virtual muəssiəsəsi

Baş redaktor-Qədirzadə Şadiman e-ünvan:shadiman93@box.az


Dost Olmaq IsteyiremŞərhlər(0)     Baxış sayı:178
ZülfüqarAvqust 19, 2007 21:44

www.Quran.az              

www.azerislam.com

  


Bu internet ünvanlarina daxil olun!
Dost Olmaq IsteyiremŞərhlər(1)     Baxış sayı:132

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha