Reklam verin!
ZülfüqarDekabr 18, 2008 0:06

          Eşitmədiyini danışan adam yalançıdır! Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.s)

Salam əziz Haqq və Həqiqət sevərlər."Cihad" virtual qəzeti sizə belə bir təklif irəli sürür.Öz səbirinizə,iradənizə və dürüstlüyünüzə güvənirsinizsə,qarşınıza belə bir məqsəd qoyun:Gün ərzində evdə,işdə və bir çox yerlərdə yalan danışmamağa çalışın.Amma bunu hər bir vəziyyətdə etməyə çalışın.Daha sonra günü başa vurduqda özünüzə hesabat verin.Nə qədər səbirli və dürüst olduğunuzu və nəfsinizə hakimlik edə bilməyinizi anlamağa çalışın.Sağ olun.Allah amaninda qalın.Allah köməyiniz olsun.Amin 

                                        Yalansiz keçən bir gün  

                                   


Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər 

Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir 

Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsindən. 

Gəlin yalanla birgə mübarizə aparaq.Bu yolda bir yerdə yiğişib,bu problemi azacıqda olsa aradan qaldırmağa çalışaq.


Bookmark and Share
ZülfüqarNoyabr 22, 2008 22:44
                                                              

              Dağliq Qarabağ Azərbaycan Torpağidir!

25-i1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın  axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideyninin itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər İtkin düşmüşdür: Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur: Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Faciənin xronikası Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəçilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarğısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələrinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralnmış və əsir götürülmüşdür. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gişlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilər güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların rəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Hücumun gedişatı Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir. Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır Əhalinin çıxması üçün azad dəhliz Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə güllələyə tutulmuşdur və nəticədə coxlu sayda insan həlak olmuşdur. 366-cı alay Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-ci alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir. Hərbi hissəni komana heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticsəində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayyətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur! Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycnın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vadalizmin əsas cinayətkarlarıdır. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi Bəyannaməsinin, həyasızcasına məhəl qoyulmamasıdır. Bu faciədə həmçinin Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov, Azərbaycanın prezidenti və Ali Baş Komandan olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vəhəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədə Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlın törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi. Indi bir yumruq tək birləsib,dost olub,cihad edib,azadliq yolunda mubarizə aparib,bir noqtə uzərinə vurmagimiza nə qədər də ehtiyac var,Uca Yaradan! melumat www.azerislam.com internet unvanina məxsusdur.Təsəkkurlər

Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:27
ZülfüqarNoyabr 22, 2008 22:34

                                                


Əziz Xalqimiz.bİz heç bir zaman şəhidlərimizi unutmamaliyiq1Çünki onlar canlarini və qanlarinizi Vətən və XALQ yolunda fəda ediblər.Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.Amin
    

                                                           İnsan insan olur öz hünəriylə
                                                                              Millət millət olur xeyri, şəriylə,
                                                                             Torpağın bağrına cəsədləriylə,
                                                                             Azadlıq tumunu əkdi şəhidlər.
                                                                      
                                                                                                               B. Vahabzadə

 


Bookmark and Share
islam diniŞərhlər(0)     Baxış sayı:20
ZülfüqarOktyabr 11, 2008 23:00

                                   islam dini

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.
                 


Allah Təala buyurmuşdur: "Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır." (Ali-İmran,19) "Bir din kimi sizin üçün İslamı bəyənib seçdim." (Əl-Maidə,3) "Tövbə edib Rəbbininzə dönün.

 Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz". (Əz-Zümər,54)
"Yalnız müsəlman olduğunuz halda ölün!" (Əl-Bəqərə,132 və Ali-İmran,102).
"Necə ola bilər ki, onlarAllahın dinindən baqşa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar" (Ali-İmran,83)
"Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali ?İmran,85)
İslamın rüknləri
Bunların sayı beşdir.
1-Allahın varlığına, birliyinə, Həzrəti Məhəmməd (s.a.s) in Allahıq qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu : "Əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah" - deyə söyləməsi.
2-Dinin dirəyi olan, olan gündə beş vaxt namazı qılması,
3-Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verəməsi,
4-Ramazan ayında oruc tutması,
5-Bədəni sağlam və kifayət qədər pulu da varsa, ömründə bir dəfə həcc ibadətini etməlidir.
Şəhadət
Şəhadətin dəlili Allahın bu kəlamıdır: Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali İmran 18) Mənası : Allahdan başqa heç bir haqq məbud yoxdur. Lə iləhə ? Allahdan başqa ibadətolunanlari inkar edir İlləllah- İbadətin mülkündə şəriki omadığı kimi ibadətində də şəriki olmayan tək Allaha edilməsini təsdiq edir. Onun təfsiri Allahın bu kəlamıdır: Yadına sal ki, bir zaman İbrahim və qövmünə demişdi : ?Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam. Yalnız məni yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcək.¿ (Əz-Zuhruf 26-27) Və Allahın bu kəlamıdır: Söylə ki : Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki) : ?Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: ?İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)¿ (Ali İmran 64) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasına dəlil Allahın bu kəlamıdır: Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o (sizin iman gətirməyinizi) çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir. (Ət-Tövbə 128) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasınıa şəhadətin mənası : Onun əmr etdiyinə itaət etmək, xəbər verdiyini təsdiq etmək, qadağan etdiyindən çəkinmək və çəkindirmək və Allah ancaq qoyulmuş qanunlar çərçivəsində ibadət etmək.
Namaz
Namazın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha ? dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək ? ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Namaz dinin dirəyi, ibadətlərin ən üstünüdür. Cənabı Haqqın varlığını, birliyini təsdiqdən sonra qulluq borcu olaraq beş vaxt namaz gəlir. Beş vaxt Namaz hicrətdən il yarım əvvəl Məkkədə fərz qılınmışdır.
Həddi-büluğa çatan, ağlı başında olan hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq fərzdir.
Namazı tərk edən Allahın əmrinə qarşı çıxmış olur. Axirətdə cəza çəkər.
Namaz Allahın bizə verdiyi saysız ne'mətlərinə qarşı yaradanımıza şükran və qulluq borcumuzdur.
Namaz qılanlar Allahın əmrini yerinə yetirmiş, borclarını ödəmiş, buna görə Allahın xoşnudluğunu qazanmış, axirətdə səadətə qovuşmuş olurlar.
Oruc
Orucun dəlili Allahın bu kəlamıdır: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz. (Bəqərə 183) Oruc tutmaq niyyətiylə dan yerinin ağarmasından günəş batıncaya qədər bir şey yeyib-içmək, qadına yaxınlaşmaq kimi şeylərdən özünü məhrum etmək surətiylə bədənlə edilən bir ibadətdir.
Yetginlik yaşına gələn, ağıllı hər bir müsəlmanın Ramazan ayında bir ay oruc tutması fərzdir.
Oruc dəlilər, uşaqlara fərz deyildir.
Qadınların aybaşı və zahılıq vaxtlarında oruc tutmaları haramdır.
Xəstələrin, yolçuları (səfərdə olanların), əmzikli qadınların Rmazanda oruc yemələrinə izn vardır. Yedikləri günlərin oruclarını Ramazandan başqa bir zamanda ödəyə bilərlər. Oruc tutmaq ücün niyyət etmək, niyyətin başlama və bitmə zamanını bilmək, dan yerinin ağarmasından günəş batıncaya qədər orucu pozan şeylərdən çəkinmək, orucun fərzlərindəndir.
Ramazan orucunda niyyət vaxtı günəşin batmasından, ertəsi gün quşluq vaxtına qədərdir. Ödənən Ramazan orucu ilə, diləmə və kəffarət (cəza) oruclarında günəşin batmasından dan yerinin ağarmasına qədər niyyət etmək lazımdır. Niyyət qəlb ilə olur.
Zəkat
Zəkatın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha ? dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək ? ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Dində zəngin sayılan kişi, qadın, hər bir müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara verməsi borcudur, fərzdir.
Dinin zəngin saydığı şəxslər.
Borcundan və keçinəcəyindən başqa 80,18 qram qızılı(bu qızıl istər işləyən pul, istər külçə, istər zinət əşyası və ya qab-qacaq olsun)
Və ya 561 qram gümüş (bu gümüş istər işləyən pul, istər külçə, istər zinət əşyası və qabqacaq olsun.)
80,18 qram qızılın qiymətində pula malik olan, 561 qram gümüşün qiymətinə sahib olan və ya 89,18 qram qızıl və ya 561 qram gümüş tutarında ticarət malı olan)
Bu dəyərdə bir az qızıl, bir az gümüş və bir az da malı olan şəxs dində zəngin sayılır.
Gümüş və ya qızıl başqa metalla qarışıq olur və qızılı və ya gümüşü daha çox olursa, xalis qızıl və ya gümüş sayılır və ona görə zəkatı verilir.
Heyvan cinsinə gəlincə;
Borcundan və keçinəcəyindən başqa, doğub, törəmək, süd vermək üçün ilin çox vaxtında çöldə otlayan : Qırx qoyun və ya keçi üçün içindən bir dənəsi və ya əvəzi verilir.
Otuz inək və ya camış üçün bir yaşını tamamlamış bir buzovu və ya xötəyi verilir. Beş dəvəsi olan da dində zəngin sayılır.
Həcc
Həccin dəlili Allahın bu kəlamıdır: Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar) Əlbəttə Allah aləmlərə (heç kəsə) möhtac deyildir. (Ali İmran 97) Yetginlik yaşında, ağlı başında, gücü,qüvvəti yerində olan hər bir zəngin müsəlmanın ömründə bir dəfə, Həcc vaxtında Kə'bəni və ətrafındakı mübarək yerləri ziyarət etməsidir. Fərzdir.
Həcc mal və bədənlə edilən bir ibadətdir.
Fağırlara, şikəstlərə, iflic olanlara Həcc fərz deyildir. Yolun salim olması da şərtdir.
Üzərinə həcc fərz olmayan şəxsin möhtac olduğu malını və mülkünü sataraq Həccə getməsi doğru deyildir.
İslamda iman əsasları:
Allaha iman
Mələklərə iman
Kitablara iman
Peyğəmbərlərə iman Axirətə iman
Qəza və Qədərə iman
Bu altı ərkana dəlil Allahın bu kəlamıdır: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yax
şı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandır. (Bəqər
ə 177)
Qədərə dəlil Allahın bu kəlamıdır: Şübhəsiz ki, Biz hərşeyi müəyyən ölçüdə (lazım olan qədər) yaratdıq
.
l-Qəmər
49)
İ
hsan
:
Bir rüknü var. O da budur: Allah elə ibadət edməlisən ki, sanki sən onu görürsən, əgər onu görmürsənsə bil ki, o səni görür. Buna dəlil Allahın bu kəlamıdır: Həqiqətən, Allah ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı iş görənlərlədir! (Ən-Nəhl 128) Və yenilməz qüvvət və mərhəmət sahibinə təvəkkül et. O Allah ki, səni namaza duranda da görür. Səcdə edənlər içində dolananda da. (Allah səni tək namaz qılanda da görür, camaatla bir yerdə qılanda da) (Əş-Şuəra 217-220) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. (Yunus
61)
İ
nsanlar öləndən sonra diriləcəklər
.
Buna dəlil Allahın bu kəlamıdır: Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Siziləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq. (Taha 55) başqa dəlil Allahın bu kəlamıdır: Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır. (Nuh
17,18)
Dirilişdən sonra insanlar əməllərinə görə hesaba çəkilib onların əvəzlərini alacaqlar
.
Buna dəlil Allahın bu kəlamıdır: Göylərdə nə varsa, yerdə nə varsa, hamısı Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır. (Ən-Nəcm 31) və başqa dəlil Kafir olanlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edərlər. De ki :"Bəli Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz


Bookmark and Share
islam diniŞərhlər(1)     Baxış sayı:54
ZülfüqarOktyabr 10, 2008 18:10

    Psixolgiya       


                                         Psixoloji Terminlər

Adekvat - həmin şərait üçün müvafiq, münasib olan.

 

Affekt – psixoloji halət: onun əsasını qüvvətli, coşğun və nisbətən qısamüddətli emosional təəssürat təşkil edir.

 

Afferent – mərkəzəqaçan, bədənin periferiyasından (ətraflarından) mərkəzə gedən. Afferent sinir – sinir impulsunu hiss üzvlərindən mərkəzi sinir-sisteminə aparan teldir.

 

Analizator – duyğuların üzvi əsasını təşkil edən mürəkkəb neyrofizioloji sistem. Bu anlayış İ.V.Pavlov tərəfindən təklif olunmuşdur.

 

Appersepsiya – 1. Qavrayışın keçmiş təcrübədən, bilik ehtiyatından və psixi fəaliyyətin ümumi məzmunundan asılılığı. 2. Şüursuz psixi halətlərin aydın dərk olunan psixi halətlərə keçməsi aktı.

 

Ekstravertlik – bəzi adamların xarakteroloji xüsusiyyəti. Yüksək ünsiyyətlilikdə, ürəyiaçıqlılıqda, başqa adamlara maraqda və dərin özünütəhlilə meylli olmamaqda təzahür edir.

 

Empatiya – başqa adamların psixi hallarını başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti.

 

Efferent – mərkəzdənqaçan, mərkəzdən periferiyaya gedən. Efferent sinir – sinir impulslarını mərkəzi sinir sistemindən effektora aparan teldir.

 

Eqosentrik nitq – məktəbəqədər yaşlı uşağın oyununu müşayiət edən və onun özünə yönəldilmiş nitq fəaliyyəti. Xarici nitqdən daxili nitqə keçid mərhələsini təşkil edir.

 

Genotip – bütün genlərin məcmusu, orqanizmin genetik konstitusiyası.

 

İdentifikasiya – elə prosesdir ki, onun gedişində və nəticəsində fərd özünü başqa adamlara onların arasında mövcud olan emosional rabitələr (empatiya) əsasında şüurlu və ya şüursuz olaraq eyniləşdirir, özünü bu rabitələrlə bağlı şəxs kimi aparır.

 

İndifferent – laqeyd, iştirak etməyən.

 

İnstinkt -  1. Xarici və daxili mühitin müəyyən stimullarına şərtsiz-reflektor cavab vermənin anadangəlmə mürəkkəb forması; öyrənmədən asılı olmayan uyğunlaşma davranışı kompleksi. 2. Hərəkət üçün spesifik emosional oyanma ilə uzlaşan anadangəlmə impuls.

 

Konformluq – fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşma.

 

Libido – psixoloji enerjidir, əsasında insanın başlıca meylləri

( seksual və həyat meyli ) durur.

 

Motiv – müəyyən tələbatların ödənilməsi ilə əlaqədar olaraq, fəaliyyətə təhrik etmə.

 

Qıcıqlanma – xarici təsirlərə müəyyən funksional və struktur dəyişmələr kompleksi ilə bütün canlı törəmələrin cavabvermə qabiliyyəti.

 

Refleksiya – insanın idrakının öz-özünə, özünün daxili aləminə, psixi keyfiyyət və halətlərinə yönəldilməsi.

 

Semantik – sözlərin və ya ifadələrin mənasına və əhəmiyyətinə aid olan.

 

Senzitivlik – stimulların təsirinə həssaslıq.

 

Sosiometriya – qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlaşdırılmış metodik üsulların məcmuyu.

 

Stimul – reseptorlarda oyanma prosesinə səbəb olan xarici və ya daxili təsir.

 

Şüur -  dil mənaları sistemində obyektiv gerçəkliyin psixi inikasının yüksək, yalnız insana xas olan forması.

 

Şüuraltı – aktual şəkildə dərkedilməyən, lakin davranışa və şüurun məzmununa nəzərə çarpacaq dərəcədə təsir göstərməyə qabil olan psixi proses və halətlərin məcmuyu.

 

Tələbat – insan və heyvanların fəallığının əsas mənbəyi; onların konkret yaşayış şəraitindən asılılıqlarını ifadə edən daxili halət.

 

Verbal aqressiya – mənfi hisslərin sözlü formada ifadəsi.

 

Verbal hafizə - hafizənin növü olub, nitqli informasiyanın yaddasaxlanması, hifz edilməsi və yadasalınması xüsusiyyətlərini şərtləndirir.

 

Vərdiş – işin dəfələrlə invariant (dəyişilmədən) təkrarı nəticəsində qismən avtomatlaşan, asanlıqla, sürətlə və dəqiq həyata keçirilən icra üsulu.

 

Yönəliş – insanın onu əhatə edən gerçəkliyin obyekt və hadisələrinə münasibətdə müəyyən tərzdə qavrama, qiymətləndirmə və hərəkət etməyə hazırlığının daxili haləti.

 
Bookmark and Share
Elm və Bəşəriyyət.Şərhlər(0)     Baxış sayı:46
ZülfüqarOktyabr 10, 2008 17:59

              Bismillahir-Rahmanir-Rahim.

1. əl-Fatihə
"Kitabı açan" surəsi, 7 ayə,
Məkkədə nazil olub.
 


Bə”zi rəvayətlərdə gəlib ki, bu əzəmətli duanı mübarək Ramazan ayının gecələrində oxumaq müstəhəbdir. Onun məcmusu 100 fəsildən ibarətdir. Hər fəsli isə Allah-Taalanın 10 adına şamildir. Hər fəslin axırında bunu demək lazımdır:
“Sübhanəkə ya la ilahə illa ənt, əl ğovs, əl-ğovs, xəllisna minən-nari, ya Rəbb”
Tərcüməsi: Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur, bizə kömək et, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb!


Bismillahir–Rahmanir–Rahim

1. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Allah (bütün kamal və camal sifətlərini Özündə cəm edən Vacibül-vücud Zatən qəni olan varlıq), ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm mö”minə, həm də kafirə şamil olan), ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), ey Kərim (ehsan və ne”mət sahibi), ey Müqim, ey Əzim (əzəmətli), ey Qədim (əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), ey Əlim (sonsuz elmli), ey Həlim (qəzəbinin Onu təhrik etmədiyi Kəs), ey Həkim (hakim, hikmət üzündən iş görən) Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey o Kəs ki, Səndən başqa heç bir mə”bud yoxdur, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb)!
2. Ey seyyidlərin ağası, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey yaxşılıqları sevən, ey xətaları bağışlayan, ey istəyənlərə əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey məxfi şeyləri bilən, ey bəlaları dəf edən!
3. Ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey kömək edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey həmd (tə”rif) edənlərin ən yaxşısı, ey zikr edənlərin ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı!
4. Ey O Kəs ki, yalnız Sənin üçündür izzət və cəmal, ey O Kəs ki, yalnız Sənin üçündür qüdrət və kamal, ey O Kəs ki, yalnız Sənin üçündür mülk (səltənət) və cəlal, ey Kəbir və Mütəal, ey ağır buludları vücuda gətirən, ey intiqamı (tədbir, əzab və qüdrəti) şiddətli olan, ey hesablara çox sür”ətlə yetişən, ey cəzası şiddətli olan kəs, ey O Kəs ki, gözəl savablar Sənin yanındadır, ey O Kəs ki, Ümmül-kitab Sənin yanındadır!
5. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan), ey Dəyyan (qəhhar, məxluqatı Öz itaətinə vadar edən), ey Bürhan, ey Sultan, ey Rizvan, ey Ğüfran (məğfirət sahibi, tövbə edən bəndənin günahını silib yerinə savab yazan), ey Sübhan (hər bir eyb və nöqsandan pak və münəzzəh), ey Müstəan (kömək istənilən), ey ne”mət və bəyan sahibi!
6. Ey O Kəs ki, hər şey Sənin əzəmətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin qüdrətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin izzət və şövkətinin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin heybətindən xaze”dir, ey O Kəs ki, hər şey Sənin xəşyətin müqabilində zəlildir, ey O Kəs ki, dağlar Sənin qorxundan parçalanır, ey O Kəs ki, asimanlar Sənin əmrinlə bərqərardır, ey O Kəs ki, yerlər Sənin iznin ilə müstəqərdir (sabit, qərarlaşmış), ey O Kəs ki, şimşək həmd ilə Sənə təsbih deyir, ey O Kəs ki, Öz məmləkətinin əhalisinə (Öz bəndələrinə) zülm etməz!
7. Ey xətaları bağışlayan, ey möhnəti (qəm-qüssəni) dağıdan, ümidlərin sonu, ey ətaları böyük (vüs”ətli) olan, ey hədiyyələri bəxşiş edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən!
8. Ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey məcd və rəf”ət (uca məqam) sahibi, ey əhd və vəfa sahibi, ey əfv və riza (razılıq) sahibi, ey minnət (ne”mət) və əta sahibi, ey fəzl və fərman sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey zahiri və batini ne”mətlər sahibi!
9. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mane” (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Dafe” (mö”minlərdən bəlaları dəf edən), ey Rafe” (mö”minlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən), ey Sane” (kainatı ixtira edən), ey Nafe” (istədiyi layiqli bəndələrə xeyir yetirən), ey Same” (eşidən), ey Came” (cəm edən), ey Şafe” (şəfaətçi), ey Vase” (istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzisi və rəhməti bütün məxluqata şamil olan), ey Müin (köməkçi)!
10. Ey hər şeyin yaradanı (Faili), ey bütün məxluqatın xəlq edəni, ey bütün ruzi verilənlərin ruzi verəni, ey bütün mülkiyyətdə olanların maliki (sahibi), ey bütün qəm-qüssə və çətinlikdə olanların qəm-qüssələrini dağıdan, ey bütün müsibət görənlərin qəmini dağıdan, ey bütün mərhumlara rəhm edən, ey bütün köməksizlərə kömək edən, ey bütün eyblilərin eybini örtən, ey bütün qovulmuşların pənahı!
11. Ey çətinliklərdəki zəxirəm (ehtiyatım), ey müsibətlərdəki ümidim, ey vəhşətlərdəki munisim, ey qürbətdəki yoldaşım, ey ne”mət sahibim, ey qəmli halımdakı dadıma yetənim, ey sərgərdan qaldığım vaxt yol göstərənim, ey fəqirlik (ehtiyac) çağında məni qəni edən, ey iztirar çağında mənim pənahım, ey qorxu halında mənim kömək edənim!
12. Ey qeybləri bilən, ey günahkarları bağışlayan, ey eybləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri (mə”nəvi cəhətdən) halbahal edən, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərlə üns tutan, ey qüssələri dağıdan, ey qəmləri aradan aparan.
13. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Cəlil (sifətlərində kamil), ey Cəmil (fe”lləri gözəl, vəsfləri kamil), ey Vəkil (kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən), ey Kəfil (zamin), ey Dəlil (düz yol göstərən), ey Qəbil, ey Müdil (qələbə və nüsrətə yetirən), ey Münil (əta edən), ey Müqil (xətadan keçən), ey Mühil (çarə, tədbir edən)!
14. Ey sərgərdan qalanların yol göstərəni, ey fəryad edənlərin fəryadına yetən, ey imdada çağıranların imdadına yetişən, ey pənah istəyənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən, ey mö”minlərin köməyi, ey miskinlərə rəhm edən, ey asilərin (günahkar bəndələrin) pənahgahı, ey günhakarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən!
15. Ey ehsan və cud (bəxşiş) sahibi, ey fəzl və ne”mət sahibi, ey əmin-amanlıq sahibi, ey qüds (paklıq, müqəddəslik) və sübhan (münəzzəhlik) sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və rizvan sahibi (razılığın yüksək dərəcəsi), ey höccət və bürhan sahibi, ey əzəmət və səltənət sahibi, ey rə”fət və kömək sahibi, ey əfv və ğüfran sahibi!
16. Ey hər şeyin Rəbbi (təkamülə doğru hidayət edəni), ey hər şeyin mə”budu, ey hər şeyin xaliqi, ey hər şeyin icad edəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra qalan, ey hər şeyin fövqündə olan, ey hər şeyə alim olan Kəs, ey hər bir şeyə qadir olan Kəs, ey O Kəs ki, hər şey fani olar və Sən qalarsan!
17. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mö”min (əmin-amanlıq bəxş edən), ey Mühəymin (məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən), ey Mükəvvin (vücuda gətirən), ey Müləqqin (başa salan), ey Mübəyyin (bəyan edən), ey Mühəvvin (asanlaşdıran), ey Müməkkin (səltənət bəxş edən, sabitqədəm edən), ey Müzəyyin (zinət verən, gözəlləşdirən), ey Mü”lin (izhar edən), ey Müqəssim!
18. Ey Öz mülkündə müqim (nəzarətçi) olan, ey Öz səltənətində əzəli olan, ey Öz cəlalında əzim olan, ey Öz bəndələrinə rəhimli olan, ey hər bir şeyə əlim (elmli) olan, ey Ona qarşı mə”siyət edənlərə həlim olan, ey Ona ümid bağlayanlara kərim olan, ey Öz məxluqunda həkim (hikmətli), ey Öz hikmətində lətif, ey Öz lütfündə qədim (əzəli) olan!
19. Ey O Kəs ki, yalnız fəzlinə ümid dikilər, ey O Kəs ki, yalnız əfvi istənilər, ey O Kəs ki, yalnız yaxşılığına ehsanına göz dikilər, ey O Kəs ki, yalnız ədalətindən qorxarlar, ey O Kəs ki, mülkündən başqa heç nə davamlı deyil, ey o Kəs ki, Sənin səltənətindən başqa heç bir səltənət yoxdur, ey rəhməti hər şeyi əhatə edən, ey rəhməti qəzəbini qabaqlayan, ey elmi hər bir şeyi əhatə edən, ey misli bərabəri olmayan Kəs!
20. Ey qüssələri dağıdan, ey qəmlilərin qəmini açan (sevinc bəxş edən), ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey məxuluqun xaliqi, ey və”dəsinə sadiq olan, ey əhdinə vəfa edən, ey sirrlərə alim olan, ey çərdəyi yaran, ey camaata ruzi verən!
21. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əliyy (vəsf ed